5 şəhərdə içməli su təchizatı üçün alternativ mənbələr formalaşdırılacaq


Digərləri 10 Apr 2018 10:02:00 324 0

5 şəhərdə içməli su təchizatı üçün alternativ mənbələr formalaşdırılacaq

Hazırda "Azərsu" ASC vətəndaşlara 11 elektron xidmət göstərir. Bu ilin sonuna qədər daha 5 elektron xidmət vətəndaşların ixtiyarına veriləcək. 

Son.az report-a istinadən xəbər verir ki, bunu qurumun sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biridir. Əgər 2017-ci ilin I rübündə səhmdar cəmiyyətə 27 min müraciət daxil olmuşdusa, bu ilin eyni dövründə bu rəqəm 111 min olub: "Ötən ilin I rübündə elektron müraciətlər ümumi müraciətlərin 12%-ni, 2018-ci ilin eyni dövründə isə 30%-ni təşkil edib".