Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək


Digərləri 10 Apr 2018 09:25:00 193 0

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat 12 aprel 18:00-dək davam edəcək. Qeyd edək ki, 10 aprel saat 9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 201, BB vəzifə qrupu üzrə 793 nəfər olmaqla, ümumilikdə 994 nəfər qeydiyyatdan keçib.