“Kaspersky Lab” ən mürəkkəb təhdidləri dərhal aşkarlayaraq bloklayacaq


Digərləri 10 Apr 2018 08:59:00 296 0

“Kaspersky Lab” ən mürəkkəb təhdidləri dərhal aşkarlayaraq bloklayacaq

"Kaspersky Lab" şirkəti sonuncu qurğularda təhdidləri dərhal aşkarlayan və kiberhadisələrə reaksiya göstərən yeni nəsil korporativ həll təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Kaspersky Endpoint Detection and Response" (KEDR) məhsulu əməkdaşların iş yerlərində şübhəli prosesləri və anomaliyanı fasiləsiz təqib edir, bütün yığılmış məlumatları rahat vizual şəkildə təqdim edir, təhdidləri müəyyənləşdirir və hadisələr reaksiya verir. Beləliklə, sözügedən həll reaksiyanın cavab vaxtını minimuma endirərək korporativ şəbəkəyə zərərli olan proqramları və müdaxilələrin axtarışı prosesini xeyli avtomatlaşdırır.

"Kaspersky"nin EDR komponenti hədəflənmiş hücumlara qarşı müdafiə məqsədilə "Kaspersky Anti Targeted Attack Platform" ilə sıx inteqrasiya olunub.

Bu gün təhdidlərə qarşı reaksiya sürəti olduqca vacibdir. "Kaspersky Lab"ın tədqiqatına əsasən, şirkət üçün böyük maddi ziyana gətirib çıxara biləcək təhdidlərin əksəriyyəti kibertəhlükələrdən və cihazların vizual nəzarətin olmamasına görə yayılır. Məsələn, vaxtında müəyyən edilməmiş hədəf hücumları 977 min dollaradək zərər yetirə bilər.

Bu iki amilin köməyi ilə əksər hallarda hədəfli hücumlar ən azı altı ay şirkət üçün əhəmiyyətsiz olur. Birincisi, gizli təhdidləri axtarışı hələ də məlumat dəstləri arasında anomaliyaları axtaran informasiya təhlükəsizlik mütəxəssisləri tərəfindən həyata keçirilir. İkincisi, hətta sistemdə şübhəli fəaliyyət aşkar edildikdən sonra İT-mütəxəssislər çox zaman təhlükələrin dərəcəsini qiymətləndirə bilmirlər, çünki bunun üçün təhlil informasiya təhlükəsizliyi sahəsində, xüsusilə də rəqəmsal kriminalistikada dərin biliklər və bacarıqlar tələb olunur.

"Kaspersky EDR" vəziyyəti əsaslı şəkildə dəyişməyə imkan verəcək. Bu həlldə təşkilat üçün mümkün zərərin qarşısını almaq üçün hər cür (həmçinin görünməyən) təhlükələrin avtomatik olaraq aşkarlanmasına, eləcə də vaxtlı və adekvat reaksiya vermək yanaşması realizə olunub. Bununla belə, bütün idarəetmə vahid interfeys vasitəsilə həyata keçirilir.

"Kaspersky EDR" beş əsas iş sahəsini birləşdirir:

- iş yerində təhdidlərin davamlı monitorinqi - təhlükəsizlik mütəxəssisləri şəbəkə miqyasında   dərhal vizual nəzarət əldə edir və qrafika formasında məlumatların təqdim edilməsinə, hətta kompleks və çətin təhdidləri müəyyən etməyə imkan verir;