Facebook əməkdaşları insanların ismarışlarını oxuyurlar


Digərləri 10 Apr 2018 08:47:00 237 0

Facebook əməkdaşları insanların ismarışlarını oxuyurlar

Facebook-un onsuz da yaxşı olmayan vəziyyətini şirkət əməkdaşları korlaya bilərlər. Belə ki, onlardan bəziləri etiraf ediblər ki, müəyyən vaxtlarda onlar istifadəçilərin ismarışlarını oxuyurlar. Messenger tətbiqi və ya veb vasitəsilə göndərilən bütün ismarışlar bot vasitəsilə skan olunur. Həmin bot ismarışların daxilindəki məlumatları sosial şəbəkənin qaydalarına uyub-uymadığını yoxlayır və bundan sonra həmin ismarışların göndərilməsinə icazə verir.

Son.az technote.az-a istinadən bildirir ki, əgər bot hansısa ismarışın təhlükə mənbəyi kimi olduğunu sezərsə həmin ismarış avtomatik olaraq Facebook moderatorlarının əlinə keçir və ismarışın sonrakı aqibətinə onlar qərar verirlər. "Biz bunu sosial şəbəkədə və ya Messenger-də yolerilməz davranışların qarşısını almaq üçün edirik" - deyə Facebook əməkdaşlarından biri qeyd edib.