WhatsAppda yeniliklər olacaq


Digərləri 10 Apr 2018 08:31:00 233 0

WhatsAppda yeniliklər olacaq

"Wabetainfo" saytı "WhatsApp" messencerinin "Android" mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, indi uzun səsli mesajların yazılması vaxtı istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalı olmayacaq, barmağı sadəcə olaraq yuxarı "scroll" etməklə səsli mesaj yazmaq mümkün olacaq. Lakin səs yazısını istifadəçi özü dayandırmalı olacaq.   Digər bir yeni funksiya odur ki, indi səsli mesajı göndərməzdən öncə onu dinləmək və yalnız bundan sonra paylaşmaq mümkündür.