NASA səssiz təyyarələr dövrünü açıq elan etmək üzrədir


Digərləri 10 Apr 2018 08:35:00 340 0

NASA səssiz təyyarələr dövrünü açıq elan etmək üzrədir

NASA daha əvvəl kommunikasiya sahəsində heç vaxt edilməmiş və sınaqdan keçirilməmiş investisiyaya imza atmaq üzrədir.

Şirkət, səs sürətini keçərkən sonik partlayış səsi çıxarmayan jet təyyarəsinin istehsalı üçün razılığa gəlib. NASA-nın internet saytından verilən açıqlamada qurumun jet təyyarələrinin səs sürətini aşarkən çıxardığı şiddətli sonik partlayış təsirini yox edə biləcək təyyarə prototipinin hazırlanması üçün Amerika Müdafiə və Aeronavtika şirkəti Lockheed Martin ilə 247.5 milyon dollarlıq razılığa gəldiyi deyilir.

Son.az technote.az-a istinadən bildirir ki, şirkətin razılıq əsasında 2021-ci ilin sonuna qədər NASA-nın yoxlamaq məqsədilə istifadə edəcəyi prototipi tamamlamağı öhdələrinə götürdüyü qeyd olunub. Qapı bağlanma səsi qədər səssiz olacaq X-Plane adlandırılan xüsusi təyyarə təxminən 17.000 metr hündürdə ikən saatda 1500 km sürətlə uça biləcək.