Türkiyə qoşunlarını Afrindən çıxaracağı vaxtı açıqlayıb


Dünya 10 Apr 2018 08:28:00 207 0

Türkiyə qoşunlarını Afrindən çıxaracağı vaxtı açıqlayıb

Bozdağ: Biz ora işğalçı kimi getməmişik və orada qalmaq niyyətimiz yoxdur

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağını vaxtı açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, o, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, "biz ora işğalçı kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq, orada qalmaq niyyətimiz yoxdur".

"Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizlənmə işləri gedir", - deyə o əlavə edib.