Avtobus qəzaya uğradı, 2 turist öldü


Dünya 10 Apr 2018 08:13:00 258 0

Avtobus qəzaya uğradı, 2 turist öldü

Maltanın Zurrik şəhərində ikimərtəbəli turist avtobusunun qəzaya uğraması nəticəsində 2 turist həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə zamanı daha 50 nəfər, o cümlədən 2 uşaq, xəsarət alıb.

Məlumata əsasən, qəza nəqliyyat vasitəsinin ağacla toqquşması səbəbindən baş verib.

Həlak olan turistlərin 62 yaşlı ispaniyalı kişi və 37 yaşlı belçikalı qadın olduğu bildirilir.