Dünyanın ən populyar televizor brendləri


Digərləri 10 Apr 2018 08:05:00 300 0

Dünyanın ən populyar televizor brendləri

Çinin "Xiaomi" şirkətinin televizorları dünyanın 10 ən populyar televizorlarının siyahısına daxil olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkət belə bir nəticəyə öz məhsullarının populyarlığı, həmçinin cihazların faydalı funksiyalarla təchiz edilməsi sayəsində nail ola bilib. Populyar televizorların reytinqində birinci yeri öz rəqiblərini üstələyən Cənubi Koreyanın "Samsung" şirkəti tutub. Liderin ardınca isə LG, "Sony", "Philips", "Sharp" və digər brendlər gəlir. Onuncu yerə televizor istehsalına yeni başlamış "Xiaomi" şirkəti layiq görülüb. İlk modeli 2013-cü ildə istehsal edən şirkət hələ o zaman dünyada o qədər də tanınmırdı. Ancaq Çin bazarında bu şirkətin televizorlarına böyük tələbat vardı.