80-dən çox ölkə Azərbaycan məhsullarının tədarükü üçün müraciət edib


Digərləri 10 Apr 2018 07:45:05 227 0

80-dən çox ölkə Azərbaycan məhsullarının tədarükü üçün müraciət edib

2018-ci ilin fevral ayında “Azexport” portalı 37,6 milyon dollar həcmində Azərbaycan məhsulunun tədarükü ilə bağlı sifarişlər alıb

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin fevral ayında "Azexport" portalı 37,6 milyon dollar həcmində Azərbaycan məhsulunun tədarükü ilə bağlı sifarişlər alıb. Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatına istinadən məlumat verir.