Haker hücumları internetdə problemlə yaradıb


Digərləri 10 Apr 2018 07:22:00 321 0

Haker hücumları internetdə problemlə yaradıb

"TJournal" nəşri əksər internet resurslarının haker hücumlarına məruz qalması, "Cisco" marşrutlayıcılarından istifadə edən provayderlərin təhlükə ilə üzləşməsi barədə məlumat yayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, internet şəbəkəsində "Cisco" avadanlığında boşluqlar axtarmaq məqsədilə onu skan edərək proqram təminatının parametrlərini dəyişən kompüter proqramı yayılıb (bot). Bot konfiqurasiyalı faylları ləğv edir və onların yerinə ABŞ bayrağının şəklini yerləşdirir.   Bildirilir ki, internetin fəaliyyətində yaranmış problemlərlə bağlı bir sıra ölkələrin provayderləri və saytları məlumat verib. Həmçinin, "Twitter" şəbəkəsi ötən gecə qeyri-sabit işləyib.   Hakerlərin istifadə etdikləri boşluğun 8 milyondan çox qurğuda mövcud olmasını qeyd edən ekspertlər provayderlərin hazırkı vəziyyətini kritik adlandırıblar. "Cisco" tərtibatçıları tərəfindən səhvi aradan qaldıran proqram təminatı buraxılıb, lakin o, şirkətin aparatlarının cüzi hissəsində quraşdırılıb. Qeyd edək ki, boşluğun mövcudluğu ötən ildən məlum olub.   "Cisco" şirkəti inzibatçılar üçün yaranmış problemin aradan qaldırılmasına kömək edəcək təlimatlar dərc edib.