Moskvada İlham Əliyevin prezident postuna namizədliyinə dəstək məqsədilə “Breyn-rinq” keçirilib


Sosial 10 Apr 2018 06:33:50 321 0

Moskvada İlham Əliyevin prezident postuna namizədliyinə dəstək məqsədilə “Breyn-rinq” keçirilib

RAGB-nin təşkilatçısı olduğu turnirdə tələbələrdən ibarət 18 komanda iştirak edib

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) təşkilatçılığı ilə İlham Əliyevin Azərbaycan prezidenti vəzifəsinə namizədliyinə dəstək məqsədi ilə tələbələr arasında “Breyn-rinq” intellektual turniri keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, turnirdə Moskvanın nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin təmsil olunduğu 18 komanda iştirak edib.

Turnirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayıb.

"Qərb ölkələri postsovet məkanını tez-tez demokratiyanın olmamasında ittiham edir. Lakin seçkilərin özü elə demokratiya əlaməti – ədalətli vətəndaşların özünə rəhbər seçmək fürsətidir. Ona görə demokratiyanın gücü hər seçkidə daha da artır", - deyə səfir bildirib.