Tramp: "Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın çox sayda hərbi variantı var"


Dünya 10 Apr 2018 03:36:28 297 0

Tramp: "Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın çox sayda hərbi variantı var"

"Hərbi planda bir çox variantımız var və biz tezliklə sizə məlumat verəcəyik"

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Suriyanın Duma şəhərinə kimyəvi hücumla əlaqədar hərbi əməliyyatlar üçün bir çox variantının olduğunu və bununla əlaqədar tezliklə qərar qəbul ediləcəyini deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Amerika lideri bu bəyanatla bazar ertəsi günü ölkənin hərbi komandirləri ilə görüşdə çıxış edib.

"Hərbi planda bir çox variantımız var və biz tezliklə sizə məlumat verəcəyik", - deyə o bildirib. Bundan əlavə, ABŞ indi Dumada iddia olunan kimyəvi hücumun arxasında kimin olduğunu müəyyən etməyə çalışır.