Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 mln. manat ayrılıb


İqtisadiyyat 10 Apr 2018 01:57:12 278 0

Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 mln. manat ayrılıb

Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılıb

"Biz sahibkarlığın inkişafı üçün əlavə addımlar atmalıyıq. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

"Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq, sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir, meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün daha yaxşı imkanlar yaradılsın", - deyə o əlavə edib.