Heyli: "ABŞ Suriyada kimyəvi silahlardan istifadəyə cavab verəcək"


Dünya 10 Apr 2018 01:11:52 314 0

Heyli: "ABŞ Suriyada kimyəvi silahlardan istifadəyə cavab verəcək"

"Rusiya Suriyadakı hərəkətləri ilə BMT-nin nüfuzunu sarsıdıb"

Birləşmiş Ştatlar Suriyanın Duma şəhərində kimyəvi silahlardan istifadə iddiaları ilə bağlı cavab tədbirləri görəcək.

“Report” xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında deyib.

"Dünyanın ədalətin öz yerini tapdığı anı görmə vaxtı yetişib. Bu, Təhlükəsizlik Şurasının ya öz öhdəliklərini yerinə yetirəcəyi, ya da Suriya xalqını qorumaq üçün tamamilə gücsüzlüyünü nümayiş etdirəcəyi məqam kimi tarixə düşəcək. İstənilən halda, ABŞ cavab verəcək", - deyə diplomat bildirib.

Heyli söyləyib ki, Rusiya Suriyadakı hərəkətləri ilə BMT-nin nüfuzunu sarsıdıb və Əsədin (Suriya prezidenti Bəşər Əsəd - REPORT) dağıdıcı siyasət yürütməsində Rusiyanın rolunu unutmamağa çağırıb.