Bakıda benzin daşıyan maşında yanğın olub - FOTO


Sosial 10 Apr 2018 00:32:38 270 0

Bakıda benzin daşıyan maşında yanğın olub - FOTO

Yanğın "MAN" markalı maşının əyləc sistemində başlayıb

Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.

“Report” xəbər verir ki, yanğın "MAN" markalı maşının əyləc sistemində başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.