Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 10 Apr 2018 00:00:00 236 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 69,13 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,81 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 68,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 64,49 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.