Modelyerlər ona gəlinlik tikmək üçün sıraya düzüldü


Digərləri 09 Apr 2018 23:30:00 318 0

Modelyerlər ona gəlinlik tikmək üçün sıraya düzüldü

İş adamı Səlim Səlimoğlu ilə ailə qurmağa hazırlaşan müğənni Bengünün gəlinliyini tikmək üçün moda evləri növbəyə düzülüb. 

Son.az axşam.az-a istinadən bildirir ki, evlilik üçün hazırlıqlara başlayan cütlüyə sponsorlar müxtəlif xidmətlər təklif edir. Əsasən Bengünün gəlinliyini tikməyə çalışan moda evləri bir-biri ilə rəqabətə başlayıb. Bir həftədə 8 firma və moda evindən təklif alan Bengü onların heç biri ilə razılaşmayıb.