Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir


Dünya 09 Apr 2018 23:29:49 278 0

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir

Görüşün mövzusu Suriyadakı vəziyyətdir

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, görüşün mövzusu Suriyadakı vəziyyətdir.

Bundan əvvəl bir neçə internet portalı yaraqlılara istinadən Suriya ordusunun Duma şəhərində xlor bombasından istifadə etməsinə dair xəbərlər yayıb. Həmçinin bombardıman nəticəsində 25-70 nəfərin öldüyü bildirilib.

Eyni zamanda Dumadan olan həkimlər xəstəxanaya kimyəvi zəhərlənmə əlaməti ilə xəstələrin daxil olmadığını bəyan ediblər.