Bakıda 22 yaşlı oğlan itkin düşüb


Digərləri 09 Apr 2018 22:58:00 224 0

Bakıda 22 yaşlı oğlan itkin düşüb

Bakıda 22 yaşlı oğlan 9 gündür itkin düşüb.

Son.az bildirir ki, paytaxtın Xəzər rayonu Türkan qəsəbə sakini 22 yaşlı Balabəy Azər oğlu Balayev martın 31-də evdən iş adı ilə çıxıb və geri qayıtmayıb. Atasının sözlərinə görə, oğlu Xətai rayonu ərazisindəki yanacqdoldurma məntəqələrindən birində operator işləyirmiş. Aprelin 1-də yanacaqldorurma məntəqəsinin rəhbəri Balabəyin atasınə zəng vurub bildirib ki, oğlunun həmin məntəqəyə borcu var.

9 gündür evə gəlmədiyi üçün hər iki valideyn iddia edir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi Balabəy Balayevi borca görə girov saxlayıb. Çünki atası Azər Balayev deyir ki, oğlunun evə gəlməməsi barədə hər gün yanacaqdoldurma məntəqəsinin sahibinə zəng vurur. Amma qarşı tərəf ona cavab vermir. Elə bu da ailəni belə düşünməyə vadar edir.

Anası Rəsmiyə Balayeva həmin günü işlədiyi yanacaqdoldurma məntəqəsinə borcu oluğunu bilən kimi oğlu ilə telefonda danışdığını deyir. Ağlayaraq anasına cavab verən oğlan bir dəqiqə danışmadan telefonu söndürüb.