Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir...


Digərləri 09 Apr 2018 22:17:00 240 0

Ürəyi və qaraciyəri qoruyur, qanı təmizləyir...

Sumaq adətən xörəklərimizə turş dad vermək üçün istifadə etdiyimiz ədviyyatdır. Bu ədviyyat yalnız dad vermə xüsusiyyəti ilə deyil, sağlamlığa faydası ilə də bilinir. Son.az ailem.az-a istinadən sumağın çoxsaylı faydalarını diqqətinizə çatdırır.  

İnfeksion xəstəliklərin qarşısını alır.

Sumaq bədəndə iltihablanma, artrit, dəri iltihabı, bronxit və bu kimi xəstəliklərin sağaldılmasında istifadə edilir.

Sumaq anti-inflamatuar və anti-mikrobial özəllikləri sayəsində dəri problemlərinin müalicəsində və yaraların sağalmasında köməkçidir. Çeynənmiş sumaq yarpaqları dəri pullanmaları, iltihablı diş ətlərinə fayda verir.

Sumaq ürəyi və qaraciyəri qoruyur.

Yüksək xolesterol ürək və qaraciyər problemlərinin əsas səbəbidir. Sumaq isə xolesterolu aşağı salır.

Bəzi araşdırmalarda, sumaq bitkisinin anti-kansoregen olduğu ortaya çıxıb. Buna görə də sumaq kimyəvi müalicədə bir dərman olaraq istifadə edilir.

Sumaq qadın xəstəliklərini müalicə etmək məqsədi ilə də istifadə olunan bir bitkidir. Həddindən çox vaginal axıntı durumunda və ana südünün artırılması üçün də faydalıdır. Menstruasiya pozuntusunu tənzimləyir.

İnsan bədənində detoks təsiri yaradır. Zərərli toksinlər və tullantılar zamanla insan bədənində yığıla bilir. Bu zərərli toksinlər zamanla müxtəlif sağlıq problemləri meydana gətirə bilər. Sumaq bu tullantıların və toksinlərin bədəndən asan çıxarılmasını asanlaşdırmaq üçün istifadə edilir.

Sumaq, nəfəs və nəfəs yolları xəstəliklərini müalicə etmək məqsədi ilə istifadə olunur. Sumağın müxtəlif nəfəs yolu xəstəliklərinə fayda verdiyi elmi araşdırmalarla təsdiq olunub.

Sumağın sidikqovucu xüsusiyyəti var. Buna görə bədəndən toksik maddələrin atılmasına kömək edir.