Tanınmış aktyorun oğlu: "Atam seçimimə qarışmır"


Kriminal 09 Apr 2018 21:24:00 255 0

Tanınmış aktyorun oğlu: "Atam seçimimə qarışmır"

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov musiqi seçimindən danışıb. Son.az-a açıqlama verən müğənni atasının onun seçiminə qarışmadığını bildirib:

"Mahnı seçimində sərbəstəm, atam işimə müdaxilə etmir. Bir dəfə də olsun deməyib ki, filan mahnını oxu. Çünki həmişə seçimimdən razı qalıb. O, sadəcə, mənə məsləhət verə bilər ki, imkan varsa, bu mahnını oxu. Musiqi seçimində mən klassik estradaya üstünlük verirəm. Deyilənə görə, yaşımdan böyük musiqi seçimi edirəm. Tamaşaçılar ifamda həzin, lirik mahnıları daha çox sevirlər" .

Əli Rəhimoğlu Son.az