Cəlilabad, Masallı və Yardımlıda 15 modul tipli məktəb quraşdırılacaq


Sosial 09 Apr 2018 18:55:44 308 0

Cəlilabad, Masallı və Yardımlıda 15 modul tipli məktəb quraşdırılacaq

Prezident İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon 177 min manat ayırıb

Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə,Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 min manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.