ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib


Dünya 09 Apr 2018 18:40:00 226 0

ABŞ müdafiə naziri Suriyada hərbi əmliyyatları istisna etməyib

Pentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mattis bildirib. Nazir deyib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd rejiminə qarşı hava zərbələrini istisna etmir.

Qeyd edək ki, ötən həftə sonu Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silahdan istifadə nəticəsində azı 70 nəfər ölüb. Ölənlərin sayının artacağı deyilir.  Duma şəhəri Şərqi Qutada müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.