“Ailəli idi, amma evdə başqa kişi ilə görüşürdü”


Digərləri 09 Apr 2018 18:50:00 245 0

“Ailəli idi, amma evdə başqa kişi ilə görüşürdü”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

V.Şıxəliyev elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, bibisini yatdığı yerdə öldürüb. 

V.Şıxəliyev bibisini namus üstündə öldürdüyünü bildirib:  "Ailəli idi, uşaqları vardı, amma evdə başqa kişi ilə görüşürdü. Daha artıq nə olmalı idi? Özüm görməmişdim, amma şübhələnmişdim. Biz belə şeyləri qəbul etmirik, amma indi fikirləşirəm ki, səhv etmişəm. Onu xəstə oğlunun yanında öldürmək istəməzdim, elə bildim yanındakı nənəmdir. Oğlunu görsəydim, orada öldürməzdim".