Əfqanıstanda partlayış olub, 5 nəfər ölüb, 7 nəfər yaralanıb


Dünya 09 Apr 2018 18:27:52 219 0

Əfqanıstanda partlayış olub, 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Partlayışın məsuliyyətini bölgədəki terrorçu qruplaşmalardan heç biri üzərinə götürməyib

Əfqanıstanın şimal-qərbində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Hadisə Əfqanıstanın Herat əyalətində baş verib.

Polis bildirib ki, partlayış bir motosikletə bərkidilən bir neçə partlayıcı qurğunun işə salınması nəticəsində törədilib.

Partlayışın məsuliyyətini bölgədəki terrorçu qruplaşmalardan heç biri üzərinə götürməyib.