Hindistanda məktəb avtobusu aşıb, 26 şagird ölüb


Dünya 09 Apr 2018 18:37:26 234 0

Hindistanda məktəb avtobusu aşıb, 26 şagird ölüb

Avtobus 30 metr dərinliyindəki dərəyə yuvarlanıb

Hindistanda məktəbavtobusunun qəzaya uğraması nəticəsində azı 26 şagird ölüb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ximaçal-Pradeş ştatında olub.

Bildirilib ki, avtobus 30 metr dərinliyindəki dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsinin səbəbi araşdırılır.

Avtobusda özəl məktəbin 5-ci və daha aşağı sinfinin şagirdləri olub. “İndia Today” qəzeti avtobusda 40-a yaxın məktəbli olduğunu iddia edib.