Torres "Atletico"nu tərk edəcək


İdman 09 Apr 2018 18:36:00 283 0

Torres "Atletico"nu tərk edəcək

"Atletico Madrid"in hücumçusu Fernando Torres mövsümün sonunda klubdan gedəcək. Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı forvard oyun praktikasının azlığına görə belə qərar qəbul edib.

"Çətin qərardır, bunu öncədən xəbər verirəm. "Atletico" ilə ikinci dəfə vidalaşmaq mənə ağırdır. Karyeramı burda bitirmək istəyirdim. Amma bu mövsüm ötən ildəkindən daha az meydana çıxıram. Daha iki, üç, hətta 5 il futbol oynamaq istəyirəm. Heç vaxt təslim olmuram" - Torres deyib.

Təcrübəli hücumçu 2001-07-ci illərdə "Atletico"da futbol dünyasına tanınandan sonra "Liverpool", "Chelsea" və "Milan"ın şərəfini qorumuşdu. O, Madrid klubuna 2016-cı ildə geri dönmüşdü.