Rusiyalı iş adamları bir gün ərzində 12 milyard dollar itiriblər


Dünya 09 Apr 2018 18:25:00 205 0

Rusiyalı iş adamları bir gün ərzində 12 milyard dollar itiriblər

Rusiyanın 50 ən zəngin adamının ümumi sərvəti bir gün ərzində 11,7 milyard ABŞ dollarından çox azalıb.

Son.az report-a istinadən xəbər verir ki, bu, "Forbes" jurnalının mütəxəssislərindən alınan və real vaxtla hesablanmış məlumatlardan görünür.

"Forbes" jurnalının siyahısında yer alan şəxslərin kapitalı Rusiyada fond bazarının çökməsinin ardından reallaşıb. Belə ki, bazar ertəsi "Mosbirja" indeksində 9%-dən çox, RTS indeksində isə, təxminən, 11% azalma qeydə alınıb.

"Rusal" "En + Group" səhmlərinin dəyərinin, demək olar ki, dörddə bir ölçüdə və ya 1,3 milyard dollar dəyərində kəskin azalması fonunda itkilər üzrə lider Oleq Deripaska olub.