"Bayern Munchen" 2 futbolçusu ilə bağlı qərarını verdi


İdman 09 Apr 2018 18:00:00 246 0

"Bayern Munchen" 2 futbolçusu ilə bağlı qərarını verdi

"Bayern Munchen" klubunun idarə heyətinin sədri Karl-Hayns Rummenige "Augsburg"u 4:1 hesabıyla məğlub edərək Bundesliqa çempionu olduqların oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, klub rəsmisi klubdakı gələcəkləri sual altında olan Frank Riberi və Aryen Robbenlə bağlı danışıb. Onun sözlərinə görə, hər iki futbolçuyla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Robbenin adı son vaxtlar Türkiyənin "Fenerbahçe" klubu ilə hallanırdı.

34 yaşlı Robben 2009, 35 yaşlı Riberi 2007-ci ildən Münhen klubunda çıxış edir.