Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada öldü


Digərləri 09 Apr 2018 17:45:58 220 0

Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada öldü

Dünən Göyçayda intihara cəhd edən zaman yaxınları tərəfindən xilas edilən qadın xəstəxanada ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Qaraməryəm kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızını xilas etmək mümkün olmayıb.

Qadın bu gün orada vəfat edib.

Qeyd edək ki, R. Mahirova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R.Mahirovanı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.