AMB: Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artacaq


Digərləri 09 Apr 2018 17:37:55 261 0

AMB: Azərbaycanın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yekunu üzrə valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam edib:

"Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb. Qeyri-neft ixracı bu dövrdə 37% artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir".