Bank Respublikadan daha bir yenilik "Avtoödəniş" xidməti Mobil Şöbədə!


Digərləri 09 Apr 2018 16:25:00 242 0

Bank Respublikadan daha bir yenilik  "Avtoödəniş" xidməti Mobil Şöbədə!

Ban Respublika-nın "Avtoödəniş" xidməti - çox asan, tez və rahat. "Avtoödəniş" xidməti indi də "Mobil Şöbə"də! Müasir insanlar bir çox xidmətlərin, o cümlədən maliyyə xidmətlərindən aktiv istifadə edirlər. Bu xidmətlərin hər biri üzrə isə mütəmadi olaraq müxtəlif ödənişlər etmək, eyni zamanda bu işə vaxt və bir qədər əziyyət sərf eləmək tələb olunur. Belə bir durumda vacib ödəniş tarixini də asanlıqla unutmaq olar.Məhz belə hallar üçün nəzərdə tutulan"Avtoödəniş" xidməti indi də Mobil Şöbə əlavəsində əlavə edilib.

"Avtoödəniş" xidməti müasir həyat tərzinin nəbzini tuta bilən və vaxtına dəyər verməyi bacaranlar üçün çox qiymətli vasitədir.Bu xidmət bir müddət öncə İnternet Şöbə xidmətində təqdim edilib, bu gün isə Mobil Əlavədə də yer alıb. Şablonları tələb olunan formada tərtib etdikdən sonra istifadəçi hər dəfə eyni ödəniş tapşırığını doldurmaq zərurətindən özünü birdəfəlik azad edir.