"Manchester United"in futbolçusu cəzalandırılmayacaq


İdman 09 Apr 2018 16:16:00 274 0

"Manchester United"in futbolçusu cəzalandırılmayacaq

"Manchester United"in yarımmüdafiəçisi Ander Errera "Manchester City" ilə səfər oyununda fasiləyə yollanan vaxt tunelin önündə çəkilən rəqibin embleminə tüpürməklə gündəmə gəlmişdi. Goal.az xəbər verir ki, İngiltərə Futbol Assosasiyasının (FA) ona cəza kəsməyəcəyi məlum olub. Qurum Erreranın bu hərəkətində cəza şərtləndirən bir şey tapmayıb və bir daha bu məsələyə qayıtmaq fikrində deyil.

Qeyd edək ki, matçdan sonra futbolçu emblemə qəsdən tüpürmədiyini bildirmişdi.