"Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq"


Digərləri 09 Apr 2018 16:03:00 288 0

"Tədiyyə balansı göstəricilərinin bundan sonra da müsbətə doğru gedəcəyini proqnozlaşdırırıq"

2017-ci ildə olduğu kimi bu il də xarici potensialın yüksəlməsi şəraitində xarici sektorda müsbət göstəricilər davam edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, I rübdə xarici ticarət dövriyyəsi 31 faiz, qeyri-neft sektoru isə 37 faiz artıb.