Evindən oğurluq edilən professor məhkəmədə ifadə verdi


Digərləri 09 Apr 2018 15:58:00 276 0

Evindən oğurluq edilən professor məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində "Uroloji Mərkəz" klinikasının rəhbəri, professor Kamal Abdullayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslər evinə basqın edən zaman onun və həyat yoldaşının əl-qolunu bağlayıb, onu döyüblər.

O, şikayətini geri götürməyəcəyini bildirib.

Proses aprelin 16-da davam etdiriləcək.