“Uroloji Mərkəz” klinikasının sahibi məhkəmədə ifadə verib


Sosial 09 Apr 2018 15:09:35 90 0

“Uroloji Mərkəz” klinikasının sahibi məhkəmədə ifadə verib

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayev ifadə verib.

O bildirib ki, hadisə zamanı onun əl-qolunu bağlayıblar: "Evimə basqın edən zaman mənim və həyat yoldaşımın əl-qolunu bağladılar. Onlar məni əvvəl döydülər, sonra təhqir etdilər. Üzümə qarşı söydülər. Evdən isə pullarımı və digər qiymətli əşyaları apardılar".

İttiham aktına əsasən, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşəcək, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.

Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Azərbaycanda uçot dərəcəsi yenidən azaldılıb like
  • 09 Apr 15:07  
İqtisadiyyat Azərbaycanda uçot dərəcəsi yenidən azaldılıb

Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə e

arrow Ətraflı
Lavrov: Türkiyə Afrini Dəməşqin nəzarətinə qaytarmalıdır like
  • 09 Apr 15:07  
Digərləri Lavrov: Türkiyə Afrini Dəməşqin nəzarətinə qaytarmalıdır

Türkiyə Afrini Dəməşqin nəzarətinə geri qaytarmalıdır.

arrow Ətraflı
Hollandiyada futbol oyunu yenidən keçiriləcək like
  • 09 Apr 15:07  
İdman Hollandiyada futbol oyunu yenidən keçiriləcək

Hollandiya çempionatının 1-ci divizionunda baş tutan "Ajax 2" - NEC Ni

arrow Ətraflı
Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu  VİDEO like
  • 09 Apr 15:04  
Digərləri Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu VİDEO

Aparıcısı Zaur Kamalın öz verilişində azyaşlı uşaqla davranışı birm

arrow Ətraflı
"RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə - FOTO like
  • 09 Apr 15:02  
Digərləri "RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə - FOTO

Azərbaycanın tərəqqisi naminə fəaliyyətində bir sıra uğurlar qazanan "

arrow Ətraflı
İŞİD liderinin "sağ əli" öldürüldü like
  • 09 Apr 14:59  
Dünya İŞİD liderinin "sağ əli" öldürüldü

İraq Silahlı Qüvvələri ölkənin şimalında İŞİD terror təşkilatını

arrow Ətraflı
Prokuror DTXnın həbs etdiyi şəxslərə cəza istədi like
  • 09 Apr 14:55  
Digərləri Prokuror DTXnın həbs etdiyi şəxslərə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə g

arrow Ətraflı
"RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə  FOTO like
  • 09 Apr 14:53  
Digərləri "RUN GROUP"dan Azərbaycan səhiyyəsinə töhfə FOTO

Azərbaycanın tərəqqisi naminə fəaliyyətində bir sıra uğurlar qazanan &

arrow Ətraflı
"Mənimlə yatmaq istəməyən kişi anasından doğulmayıb"  FOTO like
  • 09 Apr 14:50  
Digərləri "Mənimlə yatmaq istəməyən kişi anasından doğulmayıb" FOTO

"Türkiyədə ən gözəl arxa məndədir, hamı məni arxamdan tanıyıb"

arrow Ətraflı
Anar Nəzirov üçün əlamətdar tur like
  • 09 Apr 14:49  
İdman Anar Nəzirov üçün əlamətdar tur

Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qar

arrow Ətraflı
Azərbaycandan Almaniyaya viza almaq asanlaşdı like
  • 09 Apr 14:47  
Digərləri Azərbaycandan Almaniyaya viza almaq asanlaşdı

Sabahdan başlayaraq „VisaMetric“ şirkəti Almaniya Səfirliyinin tapşır

arrow Ətraflı
Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış like
  • 09 Apr 14:45  
Dünya Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış

Yaponiyada əqli qüsurlu oğlunu 16 yaşından etibarən, 20 ildir 1 metr yük

arrow Ətraflı