Anar Nəzirov üçün əlamətdar tur


İdman 09 Apr 2018 14:49:00 318 0

Anar Nəzirov üçün əlamətdar tur

Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qarşılaşması (1:1) “Zirə”nin futbolçusu Anar Nəzirov üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. 2005/06 mövsümündə “Gəncə”nin (indiki “Kəpəz”) heyətində debüt matçına çıxan qapıçı bu matçlarda 266 qol buraxıb.

Azərbaycan çempionatları tarixinə 200 və daha çox oyun keçirmiş 10-cu qapıçı kimi düşən Nəzirov 7 klubun şərəfini qoruyub. 33 yaşlı qolkiper “Turan”da 69, “Zirə”də 62, “Qəbələ”də 25, “Standard”da 19, “Sumqayıt”da 17, “Neftçi”də 6, indiki “Kəpəz”də 2 matç keçirib.

Qeyd edək ki, Anar cari mövsümdə 200-cü oyununu keçirən 7-ci futbolçudur. Ona qədər Novruz Məmmədov, Şəhriyar Rəhimov, Tural Cəlilov (hamısı “Kəpəz”), Ruslan Abışov (“Neftçi”), Ansi Aqolli, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) buna nail olub.

mövsüm

klub

oyun

qol

2005/06

Gəncə

2

-5

2006/07

Turan (Tovuz)

10

-20

2006/07

Neftçi (Bakı)

3

-1

2007/08

Turan (Tovuz)

26

-49

2008/09

Neftçi (Bakı)

3

-4

2008/09

Turan (Tovuz)

7

-8

2009/10

Standard (Sumqayıt)

19

-30

2010/11

Qəbələ

5

-1

2011/12

Turan (Tovuz)

26

-30

2012/13

Qəbələ

16

-21

2013/14

Sumqayıt

17

-28

2013/14

Qəbələ

1

-4

2014/15

Qəbələ

3

-8

2015/16

Zirə (Bakı)

30

-28

2016/17

Zirə (Bakı)

22

-22

2017/18

Zirə (Bakı)

10

-7

 

Cəmi

200

-266

PFL