Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır


Sosial 09 Apr 2018 14:26:16 285 0

Rusiyada yaşayan azərbaycanlı 16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır

Şübhəli şəxs saxlanılıb

Rusiyanın paytaxtıMoskvada yaşayan azərbaycanlı16,6 milyon dollarlıq fırıldaqçılıqda günahlandırılır.

Bu barədə "Report" "Moskva" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əslən Azərbaycandan olan 68 yaşlı şəxs 2014-cü ilin iyul ayında Singapurdan olaniş adamı ilə tanış olub və onu özünün təsis etdiyi təşkilatın səhmlərinin 100% -nə sahib olduğuna inandırıb. Əslində, şirkətin səhmlərinin 25% Lenkom Dövlət Teatrına məxsus olub.

Daha sonra, fırıldaqçı həminiş adamı ilə görüşüb və ona təşkilatın səhmlərini 16,6 milyon dollardan artıq məbləğə satıb.

Şübhəli şəxs saxlanılaraq barəsindəcinayət işi açılıb. Onun ölkədən çıxışına məhdudiyyət qoyulub.