Aptekə dərman almağa girdi,


Kriminal 09 Apr 2018 14:23:00 254 0

Aptekə dərman almağa girdi,

Bakıda aptekdə aptekdə cibgirlik edən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib.


Xəbərə aid fotolar