Prezident seçkilərini Dağıstandan müşahidə edəcək nümayəndə heyəti açıqlandı


Siyasət 09 Apr 2018 14:25:00 248 0

Prezident seçkilərini Dağıstandan müşahidə edəcək nümayəndə heyəti açıqlandı

Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov Dağıstandan Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək nümayəndə heyətinin rəhbəri təyin olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dağıstan nümayəndə heyəti 14 nəfərdən ibarətdir.

Nümayəndə heyətinə həmçinin, parlamentin sədr müavini Kamil Davdiyev, deputatlar Murad Hacıyev və Zaur Asgəndərov, Nurməhəmməd Əliyev, Həmid Aliqişiyev, Məhəmmədxan Aratsilov, Zümrüd Buçayeva, Məhəmmədkadi Həsənov, Seyfulah İsakov, Leyla Kərimova, Marina Kotenko, Murat Payzulayev və Murtuzəli Murtuzəliyev daxil olub.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-i keçiriləcək.