Buzovnada yeni idman zalı istifadəyə verildi (FOTO)


Digərləri 09 Apr 2018 14:11:00 329 0

Buzovnada yeni idman zalı istifadəyə verildi (FOTO)

Bu gün Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub.

Bakı. Bu gün Xəzər rayonu, Buzovna qəzəbəsində yeni idman zalının açılış mərasimi baş tutub. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Xəzər rayon icra hakimi Gülağa İslamov, deputat Rauf Əliyev və digər rəsmilər iştirak ediblər. Çıxışı zamanı nazir Azad Rəhimov bildirib ki, Buzovna qəsəbəsində inşa edilmiş idman zalı Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var. Azad Rəhimov bildirib ki, bu gün ölkəmizdə 43 OİK fəaliyyət göstərir: "Bir müddət bundan öncə Tərtərdə sayca 44-cü, Beyləqanda isə 45-ci OİK-in təməli qoyuldu. Bu il Lənkəran OİK-in istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Goranboy və Neftçala rayonlarında növbəti OİK-in tikintisinə başlanılıb. Yardımlı rayonunda isə İdman Kompleksinin tikintisi davam etdirilir.” Buzovna idman zalının layihə-smeta sənədləri “ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri “İçəri Şəhər Tikinti və Bərpa” MMC tərəfindən yerinə yetirilib. Tikinti işlərinə 2013-cü ildə başlanılıb. Obyektin ümumi tikinti altı sahəsi 1300 kv.m, ümumi sahəsi 1827 kv.m təşkil edir.