"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsinə start verib (FOTO)


Digərləri 09 Apr 2018 14:00:00 263 0

"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsinə start verib (FOTO)

"AccessBank" və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsi start götürüb.

Bakı. "AccessBank" və "ASAN Könüllüləri" Təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsi start götürüb. Trend-in məlumatına görə, layihə çərçivəsində ilk tədbirlər Şirvan və Sabirabad şəhərlərində baş tutub. Hər iki tədbirə ümumilikdə 600-dən çox 9-11-ci sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar. "AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu layihənin keçirilməsində əsas məqsəd şagirdlərə ixtisas seçimində dəstək olmaq, onları yeni trendlərlə tanış etməklə yanaşı, qarşıya düzgün məqsədin qoyulması və ona çatmaqda motivasiya verməkdir. Departament rəhbəri təmsil etdiyi bankın fəaliyyəti və burada karyera imkanları barədə də məlumat verib: "Öz təcrübəmdən deyə bilərəm ki, mən sevdiyim işlə məşğul oluram və bu günədək öz üzərimdə işləyirəm, yeni biliklər əldə edirəm. Buna görə, mən hər birinizə daim öz üzərinizdə işləməyi, biliklərinizi artırmağı tövsiyə edirəm. Əmin olun ki, sevdiyiniz işlə məşğul olmağınız sizi uğura aparacaq". Bankın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanova isə şagirdləri informasiya texnologiyaları sahəsi üzrə baş verən yeniliklər barədə məlumatlandırıb. Onun sözlərinə görə, bu sahənin mütəxəssislərinə təlabat olduqca yüksəkdir: "Dünyanın hər yerində olduğu kimi, bu sahə ölkəmizdə də sürətlə inkişaf edir. Azərbaycanlı İT mütəxəssisləri artıq nəinki ölkəmizdə, xaricdə də öz sözlərini deyə biliblər. Bu səbəbdən ənənəvi ixtisaslardan əlavə yeni trendlərə nəzər yetirərək, özünüzə daha yaxın olan ixtisarları seçməyinizi tövsiyə edirəm".