Bakıda qadının evindən külli miqdarda narkotik maddə çıxdı


Kriminal 09 Apr 2018 13:42:00 215 0

Bakıda qadının evindən külli miqdarda narkotik maddə çıxdı

Daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 

DİN-dən Son.az-a verilən məlumata görə, Bakının Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.