SORĞU: Respondentlərin 83,5%i prezident seçkilərində İlham Əliyevə səs verəcəklər


Digərləri 09 Apr 2018 13:11:00 228 0

SORĞU: Respondentlərin 83,5%i prezident seçkilərində İlham Əliyevə səs verəcəklər

Seçicilərin böyük əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Rəyi soruşulanların 68%-i birmənalı olaraq səsverməyə qatılacağını, 10% isə "yəqin ki, qatılacağını" qeyd edib.

Birmənalı olaraq səsverməyə getməyəcəyini deyən respondentlər 5% təşkil edib və o qədər də respondent "yəqin ki, iştirak etməyəcəm" cavab variantını seçib.

Daha 8% səsverməyə gedib-getməyəcəyinə hələ qərar verməyib. 4% isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə əsasən, seçkilərdə səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 83,5% öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verəcək.

Digər namizədlərə gəldikdə isə Qüdrət Həsənquliyevə - 2%, Sərdar Məmmədova - 1,7%, Hafiz Hacıyevə -1,6%, Fərəc Quliyevə - 1,1%, Zahid Oruca - 0,9%, Araz Əlizadəyə - 0,7%, Razi Nurullayevə - 0,5% respondent səs verəcəyini qeyd edib.

Daha 2,5% heç kimə səs verməyəcəyini, 2,3% - dəstəkləyəcəyi namizədə dair hələ qərar vermədiyini bildirib.

3,2% isə cavab verməkdə çətinlik çəkib.