"Çıxıb üzr istəyərəm..." İradə


Şou-biznes 09 Apr 2018 13:01:00 268 0

"Çıxıb üzr istəyərəm..."  İradə

Haqsız bir şey dedimsə, çıxıb üzr istəyərəm. Əzilən də sənsən, düzünü deyən də... Həm zərərçəkən, həm haqlı ol. Nə qədər gözəl hissdir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib. Sənətçi "ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasında dediklərindən və ona qarşı çıxanlardan danışıb. İradə yaşadığı qalmaqallarda onu müdafiə edənlərə təşəkkürünü bildirib:

"Zərbə yeyən, günahkar olan mən oldum. Boşa danışanlar da oldu, Allah köməkləri olsun. "Hid-parad"da nə qədər söz qeyd etdim, sonra peşman oldum. Sadəcə, öz fikirlərimi dedim, yaşımız var, uşaq deyilik. Bəzilərinin dəstəyi məni təəccübləndirmədi. Çünki onları hər zaman ayırmışam. Özümü qələbə qazanmış kimi qələmə vermiş olmayacam. İndi də danışdıqlarımdan kimsə nəsə çıxaracaq".