Rusiya MN: "Suriya aviabazası İsrail tərəfindən bombalanıb"


Dünya 09 Apr 2018 12:56:00 278 0

Rusiya MN: "Suriya aviabazası İsrail tərəfindən bombalanıb"

İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd "F-15" təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.