Banqladeşdə tələbə etirazları zamanı 80 nəfər yaralanıb


Dünya 09 Apr 2018 12:45:07 300 0

Banqladeşdə tələbə etirazları zamanı 80 nəfər yaralanıb

Hüquq-mühafizə orqanları əməkdaşları azı 25 nəfəri saxlayıb

Banqladeşdə tələbə etirazlarında azı 80 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, işədüzəltmə üzrə mövcud kvota sistemində islahatlar aparılmasını tələb edən tələbələrlə polisarasında qarşıdurmalar dünən gecə paytaxt Dəkkədə baş verib.

Məlumata görə, etirazçılar Dəkkə Universitetinin rektorunun ofisinə soxularaq oranı dağıdıblar, eləcə də bir neçə avtomobili yandırıblar. Polis yol kəsişməsində yolu bağlayan etirazçıları dağıtmaq üçün dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.

Hüquq-mühafizə orqanları əməkdaşları azı 25 nəfəri saxlayıb.

Qeyd edək ki, qarşıdurmalar polisin hərəkətləri nəticəsində tələbələrdən birinin ölməsi barədə şayiə yayıldıqdan sonra başlayıb.