Beyləqan sakinini qətlə yetirən şəxsin daha bir ağır cinayəti üzə çıxdı


Digərləri 09 Apr 2018 12:40:00 229 0

Beyləqan sakinini qətlə yetirən şəxsin daha bir ağır cinayəti üzə çıxdı

Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.

Bakı. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. DİN-dən Trend-ə verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib.