Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açıldı


Digərləri 09 Apr 2018 12:49:42 201 0

Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açıldı

Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açılıb.

Bakı. Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.